Lənkəranda 18 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi tədbirlər zamanı Şamaxı sakini, 65 yaşlı Əzizağa Səlimli, əvvəllər məhkum olunmuş Cəlilabad sakinləri, 42 yaşlı Rəcəb Mahmudov və 44 yaşlı Anar İsmayılov saxlanılıblar.

Qeyd olunub ki, həmin şəxslərdən 18 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb. İlkin araşdırma zamanı onları şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi və narkotik vasitələrin maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasının planlaşdırıldığı müəyyənləşib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

.