Moderator.az-a daxil olan informasiyaya görə bir müddət öncə keçmiş müdafiə naziri Səfər Əbiyevin qəzəbinə gələrək "Qızıl Şərq" mətbəəsinin yanındakı 4 otaqlı mənzilindən çıxarılan və vəzifə pillələrində geriləyən general Lənkəran Əliyevin üzünə həyat yenidən gülüb və o nə qədər də gözlənilməz olsa məhkəmə qərarı ilə çıxarıldığı sevimli mənzilinə yenidən qovuşub. Belə ki, şahidlər bu barədə sayta məlumat veriblər ki, generalın ailəsi yenidən həmin evə köçüb.
Generalla bağlı daha maraqlı və ilginc digər iddia isə onun müdafiə naziri Zakir Həsənovun müşaviri təyin olunması və xidməti avtomobillə təmin edilməsidir.
"Azadlıq" qəzetinin əməkdaşı yeni vəzifəyə təyin edilməsi xəbərini dəqiqləşdirmək üçün Lənkəran Əliyevin özü ilə əlaqə saxlayıb. O, məlumatı nə təsdiq, nə də təkzib edib: "Bu məlumata hər hansı şərh vermək istəmirəm".
.