“Yuventus” Madrid “Atletiko”sundan icarəyə götürdüyü hücumçu Alvaro Moratanı “Barselona”ya buraxmayacaq.

Belə ki, “Yuve”nin baş məşqçisi Massimiliano Alleqrinin futbolçunu yüksək qiymətləndirdiyi bildirilir. Buna görə də mütəxəssis onun komandada qalmasını istəyir.

Lakin Alvaro Moratanın “Barselona”ya keçmək istədiyi və buna görə də Alleqrinin qərarından məmnun qalmadığı da qeyd olunur.

.