Artıq “YouTube” videonun altındakı “bəyənməmə” işarəsinə toxunanların sayını yalnız müəllif görə biləcək.

Bu barədə “YouTube” onlayn video hostinqinin bloqunda bildirilib.

Bir sözlə, videoların “bəyənməmə” sayı izləyicilərdən gizlədiləcək.

Dəyişikliklərin noyabrın 10-dan qüvvəyə minəcəyi bildirilib.

Tərtibatçılar bunu rahat onlayn mühit yaratmaq məqsədilə edilmiş düzgün və zəruri addım hesab edirlər.

.