“Yeni Zaman” partiyasının Mərkəzi Şurası Vətən Müharibəsinin başlanmasının 1 illiyinin tamam olması ilə əlaqədar bəyanat qəbul etmişdir 

Bəyanatda deyilir:    

    Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsinin, torpaqlarımızın işğaldan azad olunmasının 1 illiyi tamam olur.27 sentyabr 2020-ci ildə Azərbaycan ordusunun işğalçı erməni təxribatına qarşı başladığı əks-hücum əməliyyatı, 44 gün davam edərək müzəffər Azərbaycan ordusunun möhtəşəm zəfərilə başa çatmışdır.Azərbaycan tarixinə bu Vətən Müharibəsi kimi həkk olunmuşdur.30 ildən artıq Azərbaycan torpaqları işğal altında qalmış, bu müddət ərzində, ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin sülh yolu ilə həll etmək uğrunda fəaliyyət və ya fəaliyyətsizliyi heç bir nəticə verməmişdir.Ermənistanın  ordusunun işğal etdiyi Qarabag ərazisindən qeyri şərtsiz çıxması haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməsi işgalçı Ermənistan tərəfindən icra olunmamışdır.Bu isə Beynəlxalq hüquq normalarının pozulması idi. 27 sentyabrda Azərbaycan tərəfi əks-hücuma başlayaraq, öz ərazi bütövlüyünü təmin etməklə yanaşı,həm də işğalçı tərəfindən  pozulan Beynəlxalq hüquq normalarını təmin etdi.
    44 günlük qələbədən sonra,Azərbaycan tərəfi Ermənistan tərəfinə sülh sazişinin imzalanmasının təklif etsə də,bu günə qədər regionda sülh və əmin-amanlığa mane olan işğalçı Ermənistan tərəfi sülh sazişinə imza atmaqda maraqlı deyil.Bütün dünya ictimaiyyətinin də şahid olduğu kimi,30 illik işğal dövründə Ermənistan işğalçıları Azərbaycan ərazisini işğal etməklə yanaşı, Azərbaycan ərazisi olan Qarabağda,bütün tarixi-mədəni abidələri və yaşayış məskənlərini darmadağın etmişdir.Təəssüflər olsun ki, dünya ölkələri və beynəlxalq təşkilatlar bu günə qədər,misli görünməmiş bu vandalizmə lazımi reaksiya vermirlər.Torpaqlarımız işğaldan azad olunsa da, ərazilərimizdə işğalçı erməni ordusu tərəfindən külli miqdarda müxtəlif növ minalar basdırılmışdır.Ermənistan tərəfi isə bu minaların tam xəritəsini verməkdən,bu günə qədər imtina edir.
    Yeni Zaman partiyası beynəlxalq təşkilatları,dünya dövlətlərini erməni vandalizminə hüquqi qiymət verilməsini və Ermənistan rəhbərliyinə təzyiq edərək,bölgədə sülhün təmin olunması üçün Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq,sülh sazişinin imzalanmasını tələb etməsini xahiş edirik.
1-ci və 2-ci Qarabağ savaşında şəhid olanların ruhu qarşısında baş əyir, şəhidlərimizə Allahdan rəhmət diləyir,qazilərimizə tezliklə sağalmasını arzu edirik.

“Yeni Zaman” partiyasının sədri Musa Ağayev
.