Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Yanacaq və elektrik doldurma məntəqələri. Layihələndirmə normaları”nı təsdiq edib.

Bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.

Qərara əsasən, yol ötürücülərində və onların altındakı yerlərdə yanacaqdoldurma məntəqəsinin yerləşdirilməsinə yol verilmir.

Bundan başqa, elektrik doldurma məntəqələrinin tutumu elektrik avtomobil parkının mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də elektrik enerjisi doldurma avadanlıqlarının məhsuldarlığı əsasında müəyyən ediləcək. Yanacaq və elektrik doldurma məntəqələrinin tutumu və arasındakı məsafələr hərəkətin intensivliyindən asılı olaraq aşağıdakı kimi müəyyən ediləcək:

Hərəkətin intensivliyi, ədəd/sutka

Yanacaqdoldurma məntəqəsinin (mayeləşdirilmiş 

karbohidrogen qazdoldurma 

məntəqəsinin, 

elektrik doldurma 

məntəqəsinin) tutumu, sutkada doldurma

Yanacaqdoldurma və elektrik doldurma 

məntəqələrinin arasındakı məsafələr, km

Yanacaqdoldurma məntəqəsinin (mayeləşdirilmiş karbohidrogen qazdoldurma məntəqəsinin, elektrik doldurma məntəqəsinin) yerləşdirilməsi

1000 - 2000

250

30 - 40

Birtərəfli

2000 - 3000

500

40 - 50

3000 - 5000

750

40 - 50

5000 - 7000

750

50 - 60

İkitərəfli

7000 - 20000

1000

40 - 50

20000-dən çox

1000

20 - 25

Qeyd. Yanacaqdoldurma məntəqəsi yolların kəsişmə zonasında yerləşdikdə, onun tutumu xidmət edilən bütün yaxın yolların uzunluğu, bu yollarda hərəkətin intensivliyi və digər hesablama göstəriciləri nəzərə alınmaqla dəqiqləşdirilməlidir.

 Həmçinin maye mühərrik yanacaqlı yanacaqdoldurma məntəqəsinə əlavə tələblər müəyyənləşdirilib.

Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə və Hüquq şöbəsinə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə göndərilməsi tapşırılıb.

.