Son zamanlar ölkədə “WhatsApp” və digər ani mesajlaşma tətbiqlərində istifadəçilərin hesablarının ələ keçirilməsi halları müşahidə olunur. Burada əsas məqsəd kiberüsulla vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi və bank kartlarından vəsaitlərinin oğurlanmasıdır.
Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.
Qeyd olunub ki, ani mesajlaşma tətbiqləri ilə istifadəçilər arasındakı münasibətlər həmin tətbiqin qayda və şərtləri ilə tənzimlənir:
“Belə ki, vətəndaşlar ələ keçirilmiş hesablarının bərpası üçün həmin ani mesajlaşma tətbiqinin texniki dəstək xidmətinə müraciət edərək hesabın bərpasını tələb edə bilərlər.
Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşlara bu cür hallarla qarşılaşmamaq üçün hesablarının təhlükəsizliyini gücləndirməyi və ani mesajlaşma tətbiqləri, sosial şəbəkə, e-poçt, eləcə də digər onlayn platformalardakı hesabları üçün ikimərhələli təsdiqləmə funksiyasını mütləq qaydada aktivləşdirməyi, həmçinin ani mesajlaşma tətbiqləri vasitəsilə daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir”.
Bildirilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən kiberdələduzluq hallarının qarşısının alınması ilə bağlı mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir:
“Tədbirlərin həyata keçirilməsində əsas məqsəd kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması və onlayn mühitdə təhlükəsizliyin təmin edilməsidir:
https://www.instagram.com/p/DA0riTYtErm/?igsh=Nm1vMmduaXAzejZ1
https://www.instagram.com/p/DA0bCv7ufWg/?igsh=bmZ5azFxbGg5dWN5
Həmçinin rəqəmsal medianın sosial şəbəkə seqmentində kibertəhlükəsizliklə bağlı maarifləndirici paylaşımlar icra edilir. Paylaşımlarda vətəndaşların kiberdələduzluq hallarında nələrə diqqət yetirmələri və kibertəhlükəsizlik baxımından hansı təlimatlara əməl etmək barədə məlumatlar qeyd olunur”.
https://www.instagram.com/tv/ChrYcmOjz4J/?igsh=cWFpYmc3dmEwbGF4
.