"VTB Bank (Azerbaijan)” ASC 2021-ci ilinyanvar-sentyabraylarındaaktivlərini10% - 206milyon 151,89 min manata qədər  artırıb. Bu barədə bankın hesabatında qeyd olunur.
Məlumata görə, hesabat dövründə bankın kredit portfeli 16,9% - 147,175 milyon manatdək artıb. Bankın istehlak kreditləri  üzrəportfel   47,773 milyon manat (artım iki dəfə), biznes kreditləri üzrə portfeli–76,415 milyon manat təşkil edib.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 137milyon 775,44 min manat (artım 11,6%), deposit portfeli 86milyon 538,77 min manat (artım14,9%), o cümlədən fiziki şəxslərin əmanətləri 45milyon 918,65 min manat təşkil  edir (artım 17,2%).
Oktyabrın əvvəlinə bankın kapitalı  68milyon  222,88 min manat (artım 6,96%), nizamnamə kapitalı 315,815 milyon manat (dəyişməyib) təşkil edib.
9 ayda fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 3 milyon 920,52 min manat təşkil edib.

.