“Twitter” mikrobloqlar şəbəkəsi Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal “Taliban” hərəkatının nümayəndəsi, eyni zamanda hökumətin müvəqqəti təyin edilmiş informasiya və mədəniyyət nazirinin müavini vəzifəsini tutan Zabihulla Mücahidin səhifəsinə girişi müvəqqəti olaraq məhdudlaşdırıb

Bu barədə yerli “Salam Watandar” radiosu məlumat yayıb.

Mücahidin qohumları hesaba girişdəki məhdudiyyətin Mucahidin bazar günü günorta saatlarında Kabildə İdgah məscidi yaxınlığında baş verən partlayışın təfərrüatlarını səhifəsində yerləşdirdikdən sonra ortaya çıxdığını bildiriblər.

Qeyd edək ki, Mücahidin “Twitter” səhifəsində, bir qayda olaraq, “Taliban”ın həm Əfqanıstandakı vəziyyət, həm də xariclə əlaqələrinə dair bütün rəsmi əmr və bəyanatları yer alırdı.

.