“Təzəpir” məscidində 27 sentyabr - Anım Günü ilə bağlı mərasim keçirilir.

Məsciddə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamlığı ilə namaz qılınır, şəhidlərin ruhuna dualar oxunur, onların əziz xatirəsi ehtiramla yad edilir.

Namazdan sonra QMİ-nin Qazılar Şurasının üzvü Hacı Faiz Nağızadə şəhidlərin ruhuna Quran oxuyub.

Qeyd edək ki, eyni vaxtda Ağdam və Şuşa məscidlərində də namaz qılınır.

Xatırladaq ki, 27 sentyabr Anım Günü ilə əlaqədar bir sıra tədbirlər keçirilir. Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunur, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunur.

 

.