“Taliban” Hərəkatı qızların məktəbə getməsinin əleyhinə deyil, ancaq bunun üçün təhlükəsiz mühit və təhlükəsiz nəqliyyat təmin olunmalıdır”.

Bunu “Spiegel” nəşrinə müsahibəsində “Taliban”ın təmsilçisi Zabiulla Mücahid bildirib.

“Taliban”ın təmsilçisi deyib ki, hazırda universitetlərdə qızlar təhsil alır, nəqliyyat təhlükəsizlikləri təmin olunub: “Qızların və qadınlar üçün bütün sahələrdə, o cümlədən təhsil sahəsində təhlükəsiz mühitin yaradılması üçün xüsusi komitə təsis ediləcək”.

.