“Taliban” Əfqanıstanın şimal vilayəti olan Pəncşirə nəzarəti tam ələ keçirib.

TASS-ın xəbərinə görə, bunu “Taliban”ın təmsilçisi Zabihulla Mücahid bildirib.

O qeyd edib ki, “Taliban”a tabe olmayan Pəncşir vilayəti tam olaraq ələ keçirilib.

Əfqan agentliyi “Asvaka” bildirib ki, taliblər artıq Pəncşir qubernatorluğunun binasına öz bayraqlarını sancıblar.


 

.