“Taliban” nəzarətində olmayan sonuncu Əfqanıstan vilayəti Pəncşiri də ələ keçirib.

Ölkənin müqavimət hərəkatının liderlərindən olan keçmiş vitse-prezident Əmrullah Salehin Tacikistana qaçdığı bildirilib.

Kabildən 150 km aralı olan bölgənin gərgin döyüşlər nəticəsində alındığı qeyd edilib.

“Taliban”ın bütün ölkə üzərində hakimiyyətini bərqərar etməsi paytaxt Kabildə havaya nizamsız atəş açmaqla qeyd edilib.

.