“Taliban” hərəkatı Əfqanıstanın yeni hökumətinin tərkibini elan edib.

Bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Bildirilib ki, yeni hökumətdə Baş nazir vəzifəsini Molla Məhəmməd Həsən Axund icra edəcək, onun müavini postunu isə Molla Abdul Qəni Bəradər tutacaq.

“Taliban”ın qurucusu Molla Ömərin oğlu Məhəmməd Yaqub Mücahid müdafiə naziri, Siracuddin Hakkani daxili işlər naziri, Molla Əmir Xan Muttaqi isə xarici işlər naziri təyin edilib.
 

.