İsveçrənin “Swiss International Air Lines” aviaşirkəti fevralın 21-dən Ukraynaya uçuşları dayandıracaq.
Swissinfo.ch saytının xəbərinə görə, şirkət bu addımı uçuş heyəti və sərnişinlərin təhlükəsizliyi üçün atdığını bildirib.
Bununla belə, Konfederasiyaya qayıtmaq istəyənlər çox olduğu üçün bazar gününə nəzərdə tutulmuş Kiyev-Cenevrə reysi plan üzrə həyata keçiriləcək.
Qeyd edək ki, “Lufthansa” qrupuna daxil olan digər aviadaşıyıcılar - “Austrian Airlines”, “Eurowings”, “Brussels Airlines” və “Lufthansa” da bazar ertəsindən etibarən Ukraynaya uçuşları dayandıracaq.
.
