“Sumqayıt” Azərbaycan çempionatlarında 350-ci qolunu vurub.
Yubiley Azərbaycan Premyer Liqasının IV turuna təsadüf edib.
“Gənclik şəhəri” təmsilçisi səfərdə “Araz-Naxçıvan”la qarşılaşıb. 1:1 hesabı ilə başa çatan görüşdə fərqlənən Rövlan Muradov komandasının ölkə çempionatlarında 350-ci qolunun müəllifi olub.
Bu qol 367-ci matçda reallaşıb. Sumqayıtın eyniadlı komandasının orta məhsuldarlığı 0,95-dir. 350 qoldan 181-i evdə, 169-u səfərdə vurulub.
Qeyd edək ki, “Sumqayıt” ilk qolunu 2011-ci il avqustun 6-da “Xəzər Lənkəran”la səfər matçında rəqib qapısından keçirib. 1:2 hesabı ilə uduzan “kimyaçılar”ın heyətində Eşqin Quliyev fərqlənib.
.