Rusiyanın koronavirusa qarşı hazırladığı “Sputnik V” peyvəndinin Türkiyədə istehsalı ilə bağlı razılıq əldə olunub.

Türkiyə mətbuatının məlumatına görə, bu barədə Rusiyanın Birbaşa İnvestisiya Fondundan açıqlama verilib.

“Türkiyənin “Viscoran” dərman firması ilə “Sputnik V” peyvəndinin Türkiyədə istehsal etmək üçün razılıq əldə etdik”, - deyə fonddan bildirilib.

.