Milli Məclisin təşkilatçılığı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı ictimai dinləmələr keçirilir.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, qanunverici orqanda təmsil olunan siyasi partiyaların nümayəndələri, deputatalar və QHT nümayəndələri iştirak edirlər.

Milli Məclisin sədr müavini, “İctima birliklər və dini qurumlar komitəsi”nin sədri Fəzail İbrahimli bildirib ki, ölkədə islahatlar aparılır və “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi də bu islahatlarla bağlıdır.

Daha sonra Sosial Tədqiqatlar Mərkəzinin bu sahədə apardığı sorğunun nəticələri elan olunub. Respondentlərin 90,2 faizi hesab edir ki, partiyalara maliyyə yardımlarına dövlət nəzarəti təmin edilməlidir, 51,2 faiz isə düşünür ki, sədri qadın olan partiyalara ehtiyac var.

.