İsveç Sahil Mühafizəsi Xidməti “Şimal axını-1” və “Şimal axını-2” kəmərlərində qaz sızmasının yeni sahəsini aşkar edib.

İsveçin “Svenska Dagbladet” qəzeti xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Xidmətinin nümayəndəsi Cenni Larsson məlumat verib.

O, qaz sızmalarının aşkarlandığı 2 sahənin İsveç ərazisində olduğunu vurğulayıb: “4 sızma nöqtəsindən 2-si bilavasitə İsveç iqtisadi zonasında aşkarlanıb”.

Cenni Larrsson həmçinin əlavə edib ki, digər 2 sızma nöqtəsi isə Danimarkanın iqtisadi zonasındadır.

.