Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə keçiriləcək “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin loqosu təqdim olunub.
“Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin rəsmi loqotipi müxtəlif tarixi-mədəni elementlərdən ilhamlanaraq ərsəyə gətirilib.
İntellektual idman yarışının əsas vizual təsvirini təşkil edən loqotipdə Şuşa Qalası, Qarabağ atı və şahmat fiquru kimi topun elementlərinin kombinasiyası yaradılıb. Loqotipdə Şuşa Qalasının üzərindəki yazıya uyğunlaşdırılan şriftdən istifadə olunub.
Qeyd edək ki, “Shusha Chess 2022” beynəlxalq şahmat turniri 21-24 sentyabr tarixlərində keçiriləcək.
.