“Hər kəsi təhdid edə bilərlər. Amma Rusiyanı təhdid etməyin mənası yoxdur. Çünki bu, bizi yalnız ruhlandırır”.

Yenizaman “İzvestiya”ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kazanda keçirilən BRICS sammitinin yekunlarına dair mətbuat konfransında ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Moskvanı zərbə ilə hədələməsi barədə suala cavabında bildirib.

Rusiya liderinin sözlərinə görə, keçmiş həmkarının “Moskvaya zərbə endirmək”lə hədələməsini “xatırlamır”.

O əlavə edib ki, ABŞ seçki kampaniyasının kəskin mərhələsindədir, ona görə də belə bəyanatlar ciddi qəbul edilməməlidir.

Qeyd edək ki, “The Wall Street Journal” Trampın Putini Ukraynaya hücum olacağı təqdirdə Moskvanı vuracağı ilə hədələdiyini iddia edib.

 

.