“Liverpul”un hücumçusu Məhəmməd Salahın komandadan ayrılmaq ehtimalı gündən-günə artır.
Son vaxtlar bir neçə futbolçu ilə yola getməyən misirli forvard üç klubdan transfer təklifi alıb.
Konkret olaraq “Real”, “Yuventus” və PSJ ulduz futbolçunun keçidində maraqlıdır. Fransa təmsilçisi bu mübarizədə bir addım öndə göstərilir. Çünki madridlilər və turinlilər 28 yaşlı oyunçunu yüksək məbləğ ödəmədən heyətə qatmağı planlaşdırırlar.
Qeyd edək ki, “Liverpul”la müqavilə müddəti 2023-cü ilin yayına qədər olan Məhəmməd Salah cari mövsüm Premyer Liqada 32 oyunda 20 qol vurub, 3 məhsuldar ötürmə verib.
.