"Real" mayın 11-dən etibarən məşqlərə başlayacağını bildirib.
Madrid təmsilçisinin bütün futbolçuları koronavirus testindən keçib və nəticələrin hamısı neqativ çıxıb.
Bundan sonra komanda rəhbərliyi məşqlərə start vermək qərarına gəlib.
"Kral Klubu"nun rəsmi saytında bildirilib ki, hazırlıq prosesinə mayın 11-də səhər saatlarında başlanacaq. Məşqdən öncə mətbuat konafransının keçirilməsi nəzərdə tutulmayıb.
Xatırladaq ki, İspaniyada bütün futbol komandaları məşqləri martın 12-dən dayandırıb.
.