Madridin “Real” klubu İspaniya futbolunda hakimliklə bağlı FİFA-ya rəsmi şikayət təqdim etməyi planlaşdırır.

Bu barədə klubun rəsmi informasiya kanalı məlumat yayıb.

Müraciətdə həm ötən mövsüm, həm də cari mövsümdə baş verən hadisələr ətraflı şəkildə qeyd olunacaq.

Xəbər, La Liqanın 4-cü turunda baş tutan “Real” – “Real Sosyedad” (2:1) oyunundan sonra ortaya çıxıb. Görüşdə “Kral klubu”nun müdafiəçisi Din Hojsen 32-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub ki, bu da klub rəhbərliyinin ciddi narazılığına səbəb olub

.