“Bleacher Report” müxbirləri 2020-ci ildə “Qızıl top” mükafatının verilməsi ilə bağlı change.org saytında petisiyaya başlayıb.
Bu barədə “Çempionat” xəbər yayıb.
Bildirilir ki, səsverməni artıq 140 min nəfər imzalayıb.
“France Football” nəşri 2020-ci ildə koronavirus pandemiyasına görə “Qızıl top” mükafatının verilməyəcəyini açıqlayıb.
Nəşr bu qərarı uzunmüddətli fasilə və bəzi ölkələrdə mövsümün vaxtından əvvəl başa çatması ilə izah edib. Ekspertlər sözügedən halların namizədləri obyektiv qiymətləndirməyə imkan verməyəcəyini bildiriblər.
Hazırda “Qızıl top”un sahibi Lionel Messidir. Ekspertlər düşünürlər ki, mükafat təqdim olunsaydı, bunun üçün əsas iddiaçı Münhenin “Bavariya” klubunun forvardı Robert Levandovski olardı.
.