Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
Bu turnirdəki təmsilçimiz “Qarabağ”ın potensial rəqibi müəyyənləşib.
II raundda “Sürix”lə qarşılaşacaq Azərbaycan çempionu İsveçrə klubunu məğlub edəcəyi təqdirdə, növbəti mərhələdə “Ferensvaroş” (Macarıstan) – “Slovan” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.
“Qarabağ” – “Sürix” cütünün güclüsü ilk görüşü evdə keçirəcək.
Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 2-3-də, cavab görüşləri isə 9-da keçiriləcək.
.