“Qarabağ” klubunun anlaşdığı rusiyalı qapıçı Andrey Lunyov Bakıya gəlib.
Bu barədə Ağdam təmsilçisindən məlumat verilib.
Bildirilib ki, 32 yaşlı qolkiper tibbi müayinədən keçdikdən sonar rəsmi müqaviləyə imza atacaq. Sözləşmənin müddətinin 1 illik olacağı gözlənilir.
Qeyd edək ki, Andrey Lunyov son olaraq Almaniyanın “Bayer” (Leverkuzen) komandasının formasını geyinib. O, daha əvvəl ölkəsində “Torpedo” (Moskva), “İstra”, “Kaluqa”, “Saturn”, “Ufa” və “Zenit” klublarının şərəfini qoruyub.
.