“Qarabağ” Çempionlar Liqasının 2023/24 mövsümündə çıxışını başa vurub.
II təsnifat mərhələsində Polşa çempionu “Rakuv”la üz-üzə gələn Qurban Qurbanovun yetirmələri bu səddi keçə bilməyib.
Səfərdə 2:3 hesabı ilə uduzan ağdamlılar evdə heç-heçə ilə kifayətlənib – 1:1. Bununla da “Qarabağ” Çempionlar Liqası tarixində ən böyük uğursuzluğunu yaşayıb.
9-cu dəfə Avropanın ən nüfuzlu klub turnirində qüvvəsini sınayan Ağdam təmsilçisi ilk dəfə mübarizəni belə erkən dayandırıb. Əvvəlki 8 cəhdin hamısında II təsnifat mərhələsi keçilmişdisə, bu dəfə Qurbanov və komandası azarkeşlərinə məyusluq yaşadıb.
Qeyd edək ki. “Qarabağ” Çempionlar Liqası ilə bir dəfə qrupda, bir dəfə pley-offda, altı dəfə III təsnifat mərhələsində vidalaşıb.
2014/15 – III təsnifat mərhələsi
2015/16 – III təsnifat mərhələsi
2016/17 – III təsnifat mərhələsi
2017/18 – qrup mərhələsi
2018/19 – III təsnifat mərhələsi
2019/20 – III təsnifat mərhələsi
2020/21 – III təsnifat mərhələsi
2022/23 – pley-off mərhələsi
2023/24 – II təsnifat mərhələsi