Rusiyanın “Nezavisimaya qazeta” nəşri Azərbaycanın Qarabağ məsələsini tam həll etməsini ilin əsas beş hadisəsindən biri hesab edib.

 Rusiya nəşri Qarabağ məsələsinin yekun həllini bu siyahıya daxil edib.

“Azərbaycan Qarabağ məsələsini həll edib. 2023-cü ildə 32 ildən bir qədər çox mövcud olmuş tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) tarixi başa çatıb. Böyük ölçüdə “ikinci erməni dövləti”nin taleyi 2020-ci ildə İkinci Qarabağ müharibəsinin nəticələrinə görə həll olunub. Lakin məsələnin yekun həlli üçün daha bir neçə il lazım olub”, - deyə nəşr yazıb.

“Nezavisimaya qazeta”nın ilin əsas beş hadisəsi siyahısına Vladimir Putinin beşinci dəfə prezidentliyə namizədliyini irəli sürməsini, Rusiya iqtisadiyyatının bənzəri olmayan sanksiyalar şəraitində artmasını, Priqojin üsyanını və Ukrayna əks-hücumunun "Surovikin xətti"ndə tıxanmasını daxil edib.

.