“Neftçi” növbəti avrokubok oyununu keçirib.

Azərbaycan vitse-çempionu konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçına çıxıb.

Laurentsiu Regekampfın yetirmələri Avstriyada “Rapid”lə üz-üzə gəlib. Bakıda rəqibini 2:1 hesabı ilə məğlub edən “ağ-qaralar” Vyanada çətin sınağa çıxıb.

Görüşün 90 dəqiqəsində bir qol vurulub. Bu, ikinci hissənin ortalarına təsadüf edib. Meydan sahibləri Marko Qrüllün qoluna sevinib. Ümumi hesabda tarazlıq yarandığı üçün cütün taleyi əlavə vaxtda həll olunub. Ferdi Druyfun qolu “Rapid”i pley-offa daşıyıb. “Neftçi” isə avrokuboklarla vidalaşıb.

Qeyd edək ki, pley-offa yüksələn “Rapid” qrup mərhələsinin bir addımlığında “Vaduts”la görüşəcək. Bu raundun görüşləri avqustun 18-də və 25-də baş tutacaq.

Konfrans Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
“Rapid” (Avstriya) – “Neftçi” (Azərbaycan) - 2:0

Qollar: Marko Qrüll, 67, Ferdi Druyif, 113

.