Satış və xidmət mərkəzlərini yeniləməklə müştərilərinə qabaqcıl alış-veriş və üstün xidmət təcrübəsi göstərən “Nar” daha bir mərkəzini yenilədi. Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 4ünvanında (“Azadlıq” metostansiyasının yaxınlığı) yerləşən mağazayeni konseptə uyğunlaşdırılaraq, müştərilərin ixtiyarına verildi. 

Qeyd edək ki, “Nar” mağazasında ziyarətçilərin müasir üslubda məlumat və xidmət alması təmin edilib. Mərkəzdə nömrə üzərində əməliyyatların aparılması, satışı da daxil olmaqla, müxtəlif növ xidmətlər təqdim edilir. Bundan başqa, yenilənmiş “Nar” mağazalarında mobil telefonların, cihazların və müxtəlif aksesuarların satışı da həyata keçirilir. 

Özünün müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalan “Nar”, mağazalarında yeni konseptin tətbiqini bütün ölkə boyu davam etdirməkdədir. Qeyd edək ki, mobil operator paytaxt və regionlar da daxil olmaqla 23 xidmət mərkəzini tamamilə yeni konsepsiyada müştərilərin ixtiyarına verib. Sizə yaxın olan satış və xidmət mərkəzlərinin ünvanları haqqında ətraflı məlumatı nar.az/map internet səhifəsindən öyrənə bilərsiniz. 


 

.