Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın rəhbərliyi dövründə müharibənin daha tez bitəcəyini bildirib.

 Ukrayna lideri bu barədə “Suspilne” portalına müsahibəsində deyib.

“Müharibə bitəcək, amma dəqiq tarix yoxdur. Təbii ki, indi Ağ Evə rəhbərlik edəcək bu komandanın siyasəti ilə daha tez başa çatacaq”, - Zelenski qeyd edib.

Dövlət başçısı Trampın Ukraynaya Rusiya ilə danışıqlarda iştirak tələbini təqdim edib-etmədiyini də bildirib.

“Biz müstəqil ölkəyik və bu müharibə zamanı həm xalqımız, həm də mən şəxsən ABŞ, Tramp, Bayden və Avropa liderləri ilə apardığımız danışıqlarda sübut etdik ki, bizimlə “otur və qulaq as” ritorikası işlək deyil”, - deyə Zelenski vurğulayıb.

.