COVID-19 pandemiyasının başlamasından bəri dünya üzrə istehlakçılar 5,4 trilyon ABŞ dolları əlavə qənaət edib ki, bu da qlobal ümum daxili məhsulun (ÜDM) 6 faizinə bərabərdir.

Bu barədə “Moody's” beynəlxalq reytinq agentliyi məlumat verib.

Bununla yanaşı, istehlakçı inamının artımı göstərir ki, alıcılar koronavirus məhdudiyyətlərinin ləğv olunmasından sonra mağaza, bar və restoranların fəaliyyətə başlaması ilə yenidən pul xərcləməyə hazır olacaqlar.

Keçən il qlobal iqtisadiyyatda müasir tarixin ən pis tənəzzülü yaşansa da, əhalinin gəlirləri misli görünməmiş dövlət dəstəyi sayəsində qorunub.

Bundan əlavə, istehlakçılar iş və gəlir mövcudluğu ilə bağlı gələcəyə dair böyük qeyri-müəyyənlik, eləcə də bir çox xidmət müəssisəsinin bağlanması və ya işinin məhdudlaşdırılması səbəbindən xərclərini azaldıblar.

.