“ABŞ-ın “Moderna” şirkəti koronavirusun bu yaxınlarda mutasiya edən “Omikron” ştammına qarşı peyvənd üzərində işləyir”.

Bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, yeni peyvənd orqanizmi yeni mutasiyalardan daha yaxşı qoruya bilən gücləndirici olacaq.

Hazırda sözügedən peyvəndin hazırlanması prosesinin sürətlə aparıldığı vurğulanıb.

.