Serbiyalı hücumçu Luka Yoviç İtaliyanın “Milan” klubuna keçib.

Bu barədə “rossoneri”nin rəsmi saytında bildirilib.

25 yaşlı hücumçunun “Milan”la müqaviləsi 30 iyun 2024-cü il tarixinə qədər qüvvədədir. Yoviç yeni klubunda 15 nömrə altında çıxış edəcək.

Fabritsio Romanonun futbolçunun “Fiorentina”dan icarə əsasında keçidi ilə bağlı məlumatına baxmayaraq, “Milan” tam keçid haqqında yazıb. “Transfermarkt” oyunçunun azad agent kimi keçdiyini bildirir.

25 yaşlı serb bu mövsüm “Fiorentina”da oynamayıb. Yoviç karyerasına “Srvena Zvezda”da başlayıb, “Benfika”, “Ayntraxt” və “Real Madrid”də çıxış edib.

Keçən yay azad agent kimi “Fiorentina”ya keçib, “bənövşələr”in heyətində 50 matçda 13 qol vurub və 5 məhsuldar ötürmə edib.

“Milan” A Seriyasında 2 turdan sonra liderdir, “Fiorentina” 5-cidir.

.