İtaliyanın “Milan” klubu futbolçusu Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamağı planlaşdırır.
A seriyası təmsilçisi yarımmüdafiəçi üçün 3 illik anlaşma hazırlayıb.
Türkiyə millisinin 26 yaşlı futbolçusunun indiki müqaviləsi 2021-ci ilin iyununda başa çatacaq. Tərəflər arasında yeni anlaşma rəsmiləşsə, Hakan 2024-cü ilin yayınadək Milanın eyniadlı təmsilçisində qalacaq.
.