Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mediasiya haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Dəyişikliklə, qanunun qüvvəyə minmə vaxtının 2021-ci ilin yanvarın 1-nə kimi uzadılması təklif olunub. 

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, qanun 2020-ci ilin iyulun 1-dən qüvvəyə minməli idi.

.