“Mastercard” ödəniş şəbəkəsinə məxsus ABŞ dolları və avro ilə kartlar vasitəsilə alış-veriş edərkən bir valyutadan o birisinə keçmə qaydalarına avqustun 11-dən dəyişiklik ediləcək.

“RBK” xəbər verir ki, bu cür kartlarla alış-veriş zamanı başqa valyutalarda ödəniş həyata keçirildiyi təqdirdə həmin əməliyyat eyni günə qeydə alınacaq. Hazırda isə sözügedən əməliyyatlar zamanı valyuta dəyişdirmə və məbləğin köçürülməsi bir neçə gün sonra, banklararası hesablaşma günü həyata keçirilir ki, bu səbəbdən məzənnə dəyişikliyinə görə nağdsız ödənişim məbləğində dəyişiklik ehtimalı yaranır.

Bu dəyişikliyin istehlakçılara xidmətin təkmilləşdirilməsinə, valyuta dəyişmə məzənnələrində şəffaflığın təmin olunmasına yönəldiyi bildirilir.

.