“Marsel” klubunun hücumçusu Pyer-Emerik Obameyanq Fransa çempionatında mövsümün ən yaxşı afrikalı oyunçusuna verilən “Mark-Vivyen Foe” mükafatını qazanıb.
Yenizaman “RMC Sport”a istinadən xəbər verir ki, qabonlu futbolçu səsvermədə 252 xal toplayıb.
Obameyanq PSJ-nin müdafiəçisi Əşrəf Hakimini (136 xal) və "Lill"in yarımmüdafiəçisi Nabil Bentalebi (112 xal) üstələyib. O, 2023/2024 mövsümündə Liqa 1-də keçirdiyi 31 matçda 14 qol və 8 məhsuldar ötürməyə imza atıb.
Qeyd edək ki, 34 yaşlı hücumçu 2013-cü ildə "Sent-Etyen"də oynadığı vaxt da sözügedən mükafata layiq görülüb.
.