“Mançester Yunayted” klubunun futbolçuları portuqaliyalı hücumçu Kriştianu Ronaldunun klubdan getməsini istəyirlər.

Mənbə iddia edir ki, Ronalduya görə komandada futbolçular arasında mütəmadi olaraq fikir ayrılığı, eləcə də konflikt halları yaşanır.

“Ona görə də “Mançester Yunayted” futbolçularının əksəriyyəti hesab edir ki, futbolçu özünə yeni klub tapmalıdır”, – nəşr qeyd edir.

Qeyd edək ki, Ronaldu bu mövsüm cəmi bir oyunda 90 dəqiqə meydanda olub, digər üç oyuna isə 37 yaşlı futbolçu ehtiyat oyunçular skamyasından qoşulub.

.