Cinsi zorakılıq ittihamı ilə dünən saxlanılan “Mançester Siti”nin müdafiəçisi Benjamen Mendinin işi üzrə ilk məhkəmə iclası keçirilib.

Məhkəmənin qərarı ilə futbolçu həbs olunub.

Bu barədə “The Giaurdian” qəzetinin jurnalisti Coş Hollidey özünün “Twitter” səhifəsində yazıb.

Əgər apelyasiya şikayəti təqdim olunmazsa, müdafiəçi sentyabrın 10-da keçiriləcək növbəti məhkəmə iclasınadək həbsdə qalacaq.

.