“LUKoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov Prezident İlham Əliyevə təbrik məktubu göndərib. 

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Sizin ali dövləti vəzifədə fəaliyyətiniz bütünlüklə Azərbaycana və onun vətəndaşlarına həsr olunub. Yorulmaz fədakarlıq, özünə və tabeliyində olanlara qarşı yüksək tələbkarlıq, ölkənin inkişaf perspektivlərini qabaqcadan görmək – bütün bu keyfiyyətlər Sizə ölkədə və xaricdə dərin hörmət və nüfuz qazandırır.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında işgüzar əlaqələrin inkişafına və genişlənməsinə, qarşılıqlı dostluq münasibətlərinin möhkəmlənməsinə, ticari-iqtisadi əlaqələrin inkişafına Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk.

Bu xoş fürsətdən istifadə edərək, Azərbaycanda bizim fəaliyyətimizə göstərdiyiniz diqqətə görə Sizə səmimi-qəlbdən təşəkkür etmək istərdim. Sizi əmin etmək istərdim ki, biz Azərbaycan Respublikası qarşısında götürdüyümüz öhdəlikləri bundan sonra da dəqiq yerinə yetirəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən tükənməz enerji, işlərinizdə böyük uğurlar, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləyirəm".

“Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller Azərbaycan Prezidentinə təbrik göndərib

“Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir: 

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, səmərəli fəaliyyət, planlarınızın uğurla reallaşmasını və Azərbaycanın rifahı naminə yeni nailiyyətlər arzu edirəm".

İnquşetiyanın birinci Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib

İnquşetiya Respublikasının birinci prezidenti Ruslan Auşev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizə möhkəm cansağlığı, çoxmillətli Azərbaycan xalqının rifahı naminə qarşıda duran məsələlərin həllində yeni uğurlar, firavanlıq, sülh, xoş güzəran, səadət və tərəqqi arzulayıram”.

Mixail Qusman Prezident İlham Əliyevi təbrik edib

Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Rusiyanın TASS informasiya agentliyi adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Siz müasir dövrün görkəmli siyasi xadimi, müdrik rəhbər, nadir şəxsiyyət, gözəl ailə başçısı kimi uzun illər öz gücünüzü, biliklərinizi və təcrübənizi Azərbaycanın rifahına sərf edirsiniz. Siz əsl vətənpərvər və Azərbaycan xalqının müdafiəçisi kimi tarixi ədaləti bərpa etdiniz və öz ölkənizin dövlətçiliyini qalibiyyətlə möhkəmləndirdiniz.

Sizə və yaxınlarınıza səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq, nikbinlik, gələcək planlarınızın həyata keçməsi üçün tükənməz enerji, doğma ölkənizin rifahı naminə uğurlu və səmərəli fəaliyyət arzulayıram!

Sizə və Azərbaycan xalqına sülh və tərəqqi diləyirəm!". 

.