İngiltərə Superkubokunun sahibi müəyyənləşib.
Həlledici matçda son ölkə çempionu “Mançester Siti” ilə ölkə kubokunun son sahibi “Liverpul” qarşılaşıb.
Oyunda hesabı “Liverpul” açıb. “Qırmızılar” ilk hissəni Trend-Aleksandr Arnoldun qolu 1:0 öndə bitiriblər.
İkinci hissədə “Mançester Siti” hesabı bərabərləşdirsə də, daha iki qol vuran “Liverpul” yekunda 3:1 hesablı qələbəyə sevinib.
Qarşılaşmanın qollarını təqdim edirik: