“Karabakh.Center” internet resursunun müxtəlif dillərdə təqdimatı nəzərdə tutulur.

Bunu “Karabakh.Center” internet resursunun təqdimat mərasimində iqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, bu, təkcə onlayn şəkildə məhdudlaşmamalıdır: “Qarabağda baş verən dağıntıların miqyası dünyaya çatdırılmalıdır. Dağıdılmış abidələr bərpa olunacaq. Prezident İlham Əliyevin tapşırığı ilə bu iş həyata keçirilir. Qarabağ Dirçəliş Fondu bu cür layihələrə dəstək verməkdən qürur duyur”.

Nazir: “Qarabağdakı dağıntıların bəşəriyyətin tarixində bir daha təkrarlanmamasına diqqət ayrılmalıdır”

“Bu gün bu tədbirdə iştirak etmək qürurvericidir. Bu, yeni, böyük bir yolun başlanğıcıdır”.

Bunu “Karabakh.Center” internet resursunun təqdimat mərasimində iqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, qəhrəman Azərbaycan Ordusunun şücaəti nəticəsində bu gün işğaldan azad edilmiş Qarabağın dirçəlişi məsələsi müzakirə olunur: “Müharibə bizi testdən keçirdi. Bunlardan biri cəmiyyətin birləşməsi testi idi ki, biz bu sınaqlardan üzüağ çıxdıq. Torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən prosesin iştirakçısı olduq. Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə müddətli kimi deyil, əbədi baxmalıyıq. Çünki burada yalnız dağıdılmış maddi irsimizin bərpası kimi hədəflərlə məhdudlaşa bilmərik. Biz bu prosesdən irəli gələrək daimi, dayanıqlı inkişafı hədəfləməliyik. Artıq yeni çərçivədə təqdim olunan ağıllı şəhər, ağıllı kənd anlayışlarının yaradılmasının şahidiyik. Bərpa prosesi tarixi əhəmiyyət daşıyan abidələrimizin sadəcə qorunub saxlanmasından ibarət deyil, onun inkişaf etdirilməsi prosesi də aparılmalıdır. Tarixdə Stalinqrad, Sarayevo, Xirosima da olub. Qarabağdakı isə şüurlu şəkildə, on illiklər ərzində həyata keçirilən dağıntı prosesidir. Bunun bir daha bəşəriyyətin tarixində təkrarlanmamasına diqqət ayrılmalıdır. “Karabakh.Center” internet resursunun təqdimatı I Vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü əsasında gerçəkləşir”.

Mikayıl Cabbarov: “İşğal zamanı təbiətə də çox böyük zərər vurulub”

“İşğal zamanı dağıntılar, sadəcə, tarixi obyektlərimizə, mülkümüzə qarşı törədilməyib. Bu gözəl guşənin təbiətinə də çox böyük zərər vurulub”.

Bunu “Karabakh.Center” internet resursunun təqdimat mərasimində iqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, internet resursunda bu barədə də məlumatlar dərc olunub: “Bu dağıntılar bizim hansı düşmənlə üz-üzə olduğumuzu göstərir”.

.