“İnterpol”un bazasında dünyanın hər yerindən olan terrorçular barədə təxminən 50 min qeyd var.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin İnterpol Milli Mərkəzi Bürosunun rəhbəri, polis general-mayoru Aleksandr Prokopçuk məlumat verib.

“İnterpol”, terror aktlarının törədilməsində iştirak edən şəxslər haqqında məlumat massivini idarə edir. İçindəki məlumatlar “İnterpol”a qurumun üzvü olan ölkələr tərəfindən verilir. Baza daim yenilənir, buna görə dəqiq bir rəqəm vermək çətindir. Təxminən indi 50 min qeyd mövcuddur”.
 

.