Avropanın nəhəng bankı “HSBC” ABŞ-ın pərakəndə bank sektorundan çəkildiyini açıqlayıb.

Bu barədə xarici mətbuat xəbər verir.

Məlumata görə, “HSBC” ABŞ-da zərərlə fəaliyyət göstərən xidmətləri bir qismini satıb, digərlərini isə bağlayıb.

Qeyd edək ki, “HSBC”nin fevral ayında açıqladığı strategiyasında Asiyada aktivlərin idarə edilməsinə diqqət ayıracağını bildirmişdi.

“HSBC”nin ABŞ-ın şərq sahillərindəki pərakəndə və kiçik biznes bankçılıq əməliyyatlarını, ümumilikdə 80 filialını ABŞ-ın “Citizens Bank”ı, Qərb sahillərində yerləşən 10 filialını isə “Cathay Bank” alıb.

.