Azərbaycanda “Heydər Əliyev - 100” yubiley medalı təsis ediləcək.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Yubiley medalının təsis edilməsi 2023-cü ilin yanvar-may ayı üçün nəzərdə tutulub.

Prezident Administrasiyası və Milli Məclis icraçı qurum olaraq müəyyənləşib.

Tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis ediləcək

Ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis ediləcək.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Təqaüdün təsis edilməsi 2023-cü ilin may–iyun ayı üçün nəzərdə tutulub. Bu bənd üzrə icraçı qurumlar Prezident Administrasiyası, Elm və Təhsil Nazirliyi, Maliyyə Nazirliyidir.

Gələn il Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarda “Heydər Əliyev İli” ilə əlaqədar tədbirlər təşkil ediləcək

Gələn il Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarda “Heydər Əliyev İli” ilə əlaqədar tədbirlər təşkil ediləcək.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Heydər Əliyev İli” bağlı Tədbirlər Planında əksini tapıb.

Tədbirlər Planına əsasən, icraçı orqanlar Prezidentin Administrasiyası, Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyidir.

Gələn il təhsil müəssisələrində “Heydər Əliyev dərsləri” keçiriləcək

Gələn il təhsil müəssisələrində “Heydər Əliyev dərsləri” keçiriləcək.

Bu barədə Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında məsələ əks olunub.

İcraçı orqanlar Prezident Administrasiyası, Elm və Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisəsi olan aidiyyəti dövlət orqanlarıdır.

Gələn il Azərbaycanda “Heydər Əliyev İli” çərçivəsində idman yarışları və beynəlxalq turnirlər təşkil ediləcək

Gələn il Azərbaycanda “Heydər Əliyev İli” çərçivəsində idman yarışları və beynəlxalq turnirlər təşkil ediləcək.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Heydər Əliyev İli” bağlı Tədbirlər Planında əksini tapıb.

Tədbirlər Planına əsasən, icraçı orqanlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Gənclər və İdman Nazirliy

Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı poçt markaları və xatirə nişanları buraxılacaq

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markaları və xatirə nişanları buraxılacaq.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Tədbirlər Planında poçt markaları və xatirə nişanlarının gələn ilin mart-may aylarında dövriyyəyə buraxılması nəzərdə tutulub.

Prezident Administrasiyası, Azərbaycan Prezidentinin İşlər İdarəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi icraçı qurum olaraq müəyyənləşib.

Gələn ilin mayında Heydər Əliyev Mükafatının təqdimat mərasimi keçiriləcək

Gələn ilin may ayında Heydər Əliyev Mükafatının təqdimat mərasimi keçiriləcək.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Təqdimat mərasiminin keçirilməsi üçün Azərbaycan Heydər Əliyev Mükafatı Komissiyası və Prezident Administrasiyası icraçı qurum kimi müəyyən edilib.

“Heydər Əliyev İli” çərçivəsində xeyriyyə aksiyaları keçiriləcək

Gələn il “Heydər Əliyev İli” çərçivəsində sosial dəstək tədbirləri və xeyriyyə aksiyaları keçiriləcək.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Tədbirlər Planına əsasən, sosial dəstək tədbirləri və xeyriyyə aksiyaları 2023-cü il ərzində reallaşdırılacaq. İcraçı qurum olaraq Prezident Administrasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi müəyyən edilib.

.