Gürcüstanın hakim Gürcü Arzusu Partiyası bu gün keçirilən parlament seçkilərində qələbə qazandığını bildirib.

Partiya Tbilisidəki qərargahı qarşısında qələbəni qeyd edir.

İştirakçılar qarşısında çıxış edən partiyanın rəhbəri Bidzina İvanişvili bildirib ki, Gürcüstan bu gün layiqli seçim edib. O, seçicilərə minnətdarlıq ifadə edib.

Gürcüstanda “exit-poll”un nəticəsi açıqlanıb

Gürcüstanda parlament seçkiləri ilə bağlı bir neçə təşkilat “exit-poll” keçirib.

ABŞ-ın “Public Opinion Strategies” şirkəti “exit-poll”un nəticələrini açıqlayıb.

Saat 18:00-a olan nəticələrə əsasən, seçkilərdə iki əsas rəqib olan “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası 55%, Vahid Milli Hərəkat Partiyası isə 23% səs əldə edib. Üçüncü yerdə isə 3% səslə Avropalı Gürcüstan Partiyasıdır.

Qeyd edək ki, seçicilər arasında sorğu “İmedi” telekanalının sifarişi ilə həyata keçirilib.

.