“Formula-1” üzrə dünya çempionatının yeni mövsümünün təqvimi açıqlanıb.
Turnirin saytı xəbər verir ki, təqvimdə ilk açıqlanandan fərqli, bir sıra dəyişikliklər olub. Mövsümdə rekord sayda – 23 yarışın olması yenə gündəmdədir.
Sadəcə, “Formula-1”ə əvvəl nəzərdə tutulduğundan bir həftə gec start veriləcək. İlk yarış martın 28-də Bəhreyndə olacaq. Əvvəl olmalı olan Avstraliya Qran Prisi isə ilin sonunda baş tutacaq.
Çin Qran Prisi səyahət məhdudiyyətləri səbəbindən planlandığı tarixdə keçirilməyəcək. Onun əvəzinə aprelin 18-də İtaliyanın İmola şəhərində yarış təşkil olunacaq. Çindəki yarış isə mövsümün sonunda ola bilər.
Mayın 2-də keçirilməli olan yarışın təşkilatçısı isə daha sonra bilinəcək. Qeyd edək ki, Azərbaycan Qran Prisi əvvəlki vaxtda – iyunun 6-da baş tutacaq.
“Formula-1”in 2021-ci il təqvimi
28 mart – Bəhreyn (Saxir)
18 aprel – İtaliya (İmola)
2 may – bilinmir
9 may – İspaniya (Barselona)
23 may – Monako (Monako)
6 iyun – Azərbaycan (Bakı)
13 iyun – Kanada (Monreal)
27 iyun – Fransa (Le Kastele)
4 iyul – Avstriya (Şpilberq)
18 iyul – Böyük Britaniya (Silverstoun)
1 avqust – Macarıstan (Budapeşt)
29 avqust – Belçika (Spa)
5 sentyabr – Niderland (Zandfoort)
12 sentyabr – İtaliya (Montsa)
26 sentyabr – Rusiya (Soçi)
3 oktyabr – Sinqapur (Sinqapur)
10 oktyabr – Yaponiya (Suzuka)
24 oktyabr – ABŞ (Austin)
31 oktyabr – Meksika (Mexiko)
7 noyabr – Braziliya (San Paulu)
21 noyabr – Avstraliya (Melburn)
5 dekabr – Səudiyyə Ərəbistanı (Ciddə)
12 dekabr – BƏƏ (Əbu Dabi/Yas adası)
.