“Formula-1” üzrə Rusiya Qran-prisi ilə müqaviləyə xitam verilib.

Buna səbəb kimi Rusiya və Ukrayna arasındakı münaqişə göstərilib.

Təşkilatçılar bildirib ki, baş verənlərdən sonra Rusiyada yarış keçirmək mümkünsüzdür. Bu üzdən Rusiya Qran-prisi ilə müqavilə ləğv edilib

Bu isə o deməkdir ki, builki Soçi Qran-prisi ilə yanaşı, gələn il Sankt-Peterburqda baş tutacaq mərhələ də gerçəkləşməyəcək.

.